Çinin xarici işlər naziri Rusiyaya səfər edib
Çinin xarici işlər naziri Rusiyaya səfər edib

 
Çinin xarici işlər naziri Vanq Yi Rusiyaya səfər edib-bu barədə “Reuters” yazır.

“Reuters”in yaydığı məlumatda qeyd olunduğu üzrə, Çinin ali diplomatı Rusiyaya dördgünlük səfər edib və bu səfər zamanı ölkələrin qarşılıqlı siyasi etimad ifadə edəcəyi gözlənilir.

“Hakim Kommunist Partiyasının Xarici İşlər Ofisi ilə yanaşı Xarici İşlər Nazirliyinə rəhbərlik edən Vanq illik təhlükəsizlik danışıqlarında Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşəcək”-deyə Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Reuters” yazır ki, bu, həm də çox güman ki, Putinin Çin paytaxtına səfərinin əsasını qoyacaq.

Sentyabrın 1-də Rusiya Prezidenti Vladimir Putin Çin Prezidenti Si Cinpinlə görüşəcəyini gözlədiyini desə də, yenidən Çinə səfər edəcəyini təsdiqləməyib.