Çinin xarici işlər naziri - İsrailin Qəzzada fəaliyyətləri özünümüdafiədən kənara çıxıb
Çinin xarici işlər naziri - İsrailin Qəzzada fəaliyyətləri özünümüdafiədən kənara çıxıb

İsrailin Qəzzadakı fəaliyyətləri özünümüdafiə çərçivəsindən kənara çıxıb, İsrail hökuməti Qəzza xalqının kollektiv şəkildə cəzalandırılmasını dayandırmalıdır, – Çinin xarici işlər naziri Vanq Yi bildirib.

Çin Xarici İşlər Nazirliyinin məlumatına əsasən, bu sözləri çinli diplomat Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhanla telefon danışığı zamanı deyib.

“Bütün tərəflər vəziyyəti gərginləşdirən hər hansı addım atmamalı, tərəflər mümkün qədər tez danışıqlar masasına qayıtmalıdırlar”, – Van İm deyib.