Çinin Gürcüstandakı səfirliyi - ABŞ səfirinin Anaklia limanı ilə bağlı bəyanatı cəfəngiyyatdır, Si Dzinpin və Co Bayden tərəfindən müəyyən edilmiş "San Fransisko baxışı"na ziddir
Çinin Gürcüstandakı səfirliyi - ABŞ səfirinin Anaklia limanı ilə bağlı bəyanatı cəfəngiyyatdır, Si Dzinpin və Co Bayden tərəfindən müəyyən edilmiş "San Fransisko baxışı"na ziddir

 
Çin Xalq Respublikasının Gürcüstandakı səfirliyi ABŞ səfirinin Anaklia limanı ilə bağlı media vasitələrindən birinə verdiyi şərhə münasibət bildirir.

Diplomatik missiyanın bəyanatında qeyd olunub ki, Robin Danniqanın bəyanatı prezident Si Dzinpin və Co Bayden tərəfindən müəyyən edilmiş “San Fransisko baxışı”na ziddir.

“Qeyd etmək istərdik ki, ABŞ-ın Gürcüstandakı səfirliyinin rəhbərinin : “China Communications Construction Company”nin əksəriyyəti “Çin Kommunist Partiyası”na məxsusdur və „China Communications Construction Company” və Çin Xalq Respublikası Rusiya ordusunun bir nömrəli maliyyəçisidir”-deyə verdiyi bəyanat cəfəngiyyatdır və faktlarla ciddi şəkildə uzlaşmır. Çin tərəfi oxşar bəyanatı qətiyyətlə pisləyir. Çin tərəfi vurğulayır ki, bəyanat prezident Si Dzinpin və prezident Co Bayden tərəfindən müəyyən edilmiş “San Fransisko baxışı”na ziddir. Həmçinin, Çin tərəfi amerikalı diplomatın bəyanat verərkən peşəkarlıq nümayiş etdirməməsindən təəssüflənir”- səfirliyin bəyanatında deyilir.