Çin Məhkəməsi Kanada vətəndaşına qarşı ölüm cəzası hökmünü çıxardı. Kanadanın baş naziri, Castin Triudo Çini özbaşnalıqda ittiham etdi.
2018-ci ilin noyabrın 20-də Çin Məhkəməsi Kanada vətəndaşı, Robert Şelenberqi narkotiklərlə alver ittihamı 15 illiyinə azadlıqdan məhrum etdi. Şelenberq bundan şikayət etdi, lakin prokurorluq işi yenə birinci instansiyaya göndərdi. İşi yenidən müzakirəsi zamanı məhkəmə hökmü həddindən artıq yüngül hesab edərək, ölüm cəzası hökmünü çıxardı. Şelenberqin şikayət üçün 10 günlük vaxtı var.
Robert Şelenberqi 2014-cü ildə yaxaladılar. Onu, Çindən Avstraliyaya 227 kiloqram metanfitaminin daşınması cəhdində ittiham edirlər. O, ittihamı inkar edir və bəyan edir ki, Çinə turist kimi getmişdi.
Robert Ğloid Şelenberqə qarşı çıxarılan hökm, Kanada və Çin arasında onsuzda gərgin olan əlaqələri, daha da ağırlaşdırdı.