Çin səfirliyi Gürcüstan yığmasını qələbə münasibətilə təbrik edir - Çin yığması da 2002-ci ilin Dünya Çempionatında belə nəticə arzulayırdı, siz bunu bacardınız, mübarizəyə davam edin
Çin səfirliyi Gürcüstan yığmasını Avropa çempionatında Portuqaliya ilə matçda qazandığı qələbə və tarixi nəticə münasibətilə təbrik edir. Bu haqda Çin səfirliyi sosial şəbəkədə yazır.
“Tarixi nailiyyət münasibətilə sizi təbrik edirəm. Bir qol, bir heç-heçə və bir qələbə, Çin yığması da 2002-ci ilin Dünya Çempionatında iştirak edərkən bunu arzulayırdı, amma… siz bunu bacardınız! Mübarizəyə davam edin !”- Çin səfirliyinin bəyanatında deyilir.
Gürcüstanın milli komandası dünən Avropa çempionatının qrup mərhələsinin son oyununda Portuqaliyaya 2:0 hesabı ilə qalib gəldi və Avropa çempionatında 1/8 finala yüksəldi.