Cim Rişi - Gürcüstan hökuməti vətəndaş cəmiyyətinə zərər vuran qanunu qəbul etməklə Avropa gələcəyi ilə maraqlanmadığına açıqlıq gətirmiş oldu
Gürcüstan hökuməti vətəndaş cəmiyyətinə zərər vuran qanunu qəbul etməklə Avropa gələcəyi ilə maraqlanmadığına açıqlıq gətirmiş oldu- bu haqda amerikalı senator, Xarici Əlaqələr Komitəsinin üzvü Cim Rişi sosial şəbəkədə yazır.
“Bu, Avropa İttifaqına üzvlüyü dəstəkləyən gürcülərin 80 faizi üçün bir sillədir”-deyə Cim Rişi yazır.
Parlament bu gün “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.