Çiçinadze küçəsində aksiya iştirakçıları ilə polis arasında fiziki qarşıdurma baş verib
Çiçinadze küçəsində aksiya iştirakçıları ilə polis arasında fiziki qarşıdurma baş verib

 
Parlament ərazisində, Çiçinadze küçəsində aksiya iştirakçıları ilə polis arasında fiziki qarşıdurma baş verib.

Aksiya iştirakçıları, hüquq-mühafizə orqanlarının əməkdaşlarının onları hazırda olduqları Çiçinadze küçəsindən çıxarmağa çalışdığını bildiriblər.

“Onlar artıq əllərini yelləyirlər, xuliqanlığa keçiblər. Bunu onlara bağışlamayacağıq (yanına qoymayacağıq). Bugünkü gecə başqa cür bitəcək, mən gürcü əhalisinə bunun sözünü verirəm” – aksiya iştirakçılarından biri deyib.

Müxalifət partiyalarının liderləri Nika Melia, Nika Qvaramia, Sopo Caparidze və başqaları ərazidədir.