Ceyk Sallivan İranın Rusiyaya PUA-lar verməyə hazırlaşdığını bildirir
Ceyk Sallivan İranın Rusiyaya PUA-lar verməyə hazırlaşdığını bildirir

 
ABŞ-ın İranın Rusiyaya PUA-lar verməyə hazırlaşdığına dair məlumatı var-bu barədə ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.

Sallivan, Amerika Birləşmiş Ştatlarının bu mərhələdə İranın Rusiyaya artıq PUA-lar verib-vermədiyini dəqiqliklə deyə bilmədiyini qeyd edir.

Sallivan Rusiyanın Ukraynada öz məqsədlərinə çatmaq baxımından məğlubiyyət yaşadığını, çünki əsas hədəflərindən birinin Kiyev olduğunu qeyd edir.

“Kiyev ayaqdadır, Xarkov ayaqdadır, Odessa ayaqdadır. Ölkənin əsas şəhərləri Ukrayna tərəfinin nəzarətindədir və onlar Amerika, NATO və digər müttəfiqlər tərəfindən dəstəklənən ordu sayəsində qəhrəmancasına müdafiə olunmaq gücünə malikdirlər” – deyə Sallivan bildirib.