Ceyk Sallivan "ATACMS" tipli raketlərin Ukraynaya təhvil verildiyini təsdiqləyir
Ceyk Sallivan "ATACMS" tipli raketlərin Ukraynaya təhvil verildiyini təsdiqləyir

 
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ölkəsinin gizli şəkildə “ATACMS” tipli raketləri Ukraynaya təhvil verdiyini təsdiqləyir. Bu barədə Sallivan brifinqdə açıqlayıb.

“Başqalarından eşitdiyiniz kimi, fevral ayında ABŞ Prezidentinin Ukraynaya öz suveren ərazilərində istifadə etmək üçün müəyyən sayda “ATACMS” tipli raketlərin tədarükü haqda əmr verdiyini təsdiqləyə bilərəm. Raketlərin təhvil prosesi mart ayında başlayıb və hərbi yardım paketinə daxil idi. “ATACMS” raketləri artıq Ukraynaya aparılıb” – Sallivan deyib.

Xatırladaq ki, bundan əvvəl “Reuters” anonim mənbəyə istinadən ABŞ-ın gizli şəkildə “ATACMS” tipli raketləri Ukraynaya təhvil verdiyi haqda məlumat yaymışdı. Raketlər martın 12-də ABŞ Prezidenti Co Bayden tərəfindən təsdiqlənmiş 300 milyon dollarlıq hərbi yardım paketinin bir hissəsi olub. Ukrayna isə döyüş meydanında raketlərdən aprelin 17-də işğal olunmuş Krıma hücum zamanı istifadə edib.