Çexiyanın İctimai Yayımçısının rəhbəri - Gürcüstan minnətdaram, Ukraynada azadlıq, həyat uğrunda mübarizə aparanlara dəstək olmaq üçün hər şeyi etməliyik

 

Çexiya İctimai Yayımçısının baş direktoru, EBU-nun vitse-prezidenti Peter Dvorak hazırda Ukrayna xalqına kömək göstərməyin xüsusi əhəmiyyət daşıdığını bildirir. O, Gürcüstanın Birinci Kanalının keçirdiyi “Biz Ukrayna üçün” xeyriyyə marafonu ilə əlaqədar müraciət yayır.

” Axşamın xeyir, Gürcüstan! Praqadan sizləri salamlayıram. Mən Ukrayna xalqına kömək etməyə çalışan hər kəsə təşəkkür etmək istəyirəm. Hazırda bu olduqca önəmlidir. Şübhə yoxdur ki, hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, indi bir olmağın vaxtıdır. İndi zərərçəkmişlərə, azadlıq uğrunda , həyat uğrunda mübarizə aparanlara dəstək olmaq üçün əlimizdən gələni etməyin vaxtıdır. Hamıya təşəkkürlər! Birlikdə qalaq !” – deyə Çexiya İctimai Yayımçısının baş direktoru bildirir.

Gürcüstanın Birinci Kanalı Qırmızı Xaç Cəmiyyəti ilə birlikdə Ukrayna xalqına dəstək və Ukrayna İctimai Yayımçısı ilə həmrəylik əlaməti olaraq “Biz Ukrayna üçün” xeyriyyə marafonunu keçirəcək. Bu, bütün Avropada ictimai yayımçıların həmrəylik aksiyasıdır, marafon Varşavada start aldı, bu gün Tbilisi və Praqada, sonra Tallin və Buxarestdə, həmçinin bütün Avropa paytaxtlarında xeyriyyə marafonu keçiriləcək. Məqsəd birdir – Ukrayna xalqına kömək etmək.