"Cartu" fondu Gürcüstanın milli futbol komandasına mükafat olaraq 30 milyon lari verəcək, alt qrupdan çıxdıqdan sonra qazanılmış hər oyun üçün isə daha 30 milyon lari ilə mükafatlandıracaq
"Cartu" fondu Gürcüstanın milli futbol komandasına mükafat olaraq 30 milyon lari verəcək, alt qrupdan çıxdıqdan sonra qazanılmış hər oyun üçün isə daha 30 milyon lari ilə mükafatlandıracaq

 
“Cartu” xeyriyyə fondu Gürcüstanın milli futbol komandasına mükafat olaraq 30 milyon lari verəcək. Bu barədə “Cartu” fondunun bəyanatında deyilir.

“Gürcüstanın milli futbol komandası Avropa çempionatına çıxmaqla hər bir gürcüyə böyük sevinc bəxş etdi. Bu uğurun, nəsillərin arzusunun gerçəkləşməsinin arxasında hər bir futbolçunun, məşqçilər korpusunun nümayəndəsinin, futbol sahəsi ilə məşğul olan insanların böyük əməyi var.

Məhz bu səbəbdən, futbol komandasının motivasiyasına əlavə dəstək məqsədilə “Cartu” fondu futbol komandasına Avropa çempionatının alt qrupundan çıxmasına görə mükafat olaraq 30 milyon lari verəcək. Bununla yanaşı, “Cartu” fondu alt qrupdan çıxdıqdan sonra hər qazanılmış oyun üçün milli komandanı daha 30 milyon lari ilə mükafatlandıracaq.

Milli komandamıza qələbə arzulayırıq. İnanırıq ki, bu, bu heyrətamiz uğur yolunun yalnız başlanğıcıdır və qarşıda bizi daha çox qələbə gözləyir”- bəyanatda qeyd olunub.