Buz xokkeyi | Gürcüstan millisi Qış Olimpiya Oyunlarının seçmə mərhələsində Hollandiyaya məğlub olub #1TVSPORT
Buz xokkeyi | Gürcüstan millisi Qış Olimpiya Oyunlarının seçmə mərhələsində Hollandiyaya məğlub olub #1TVSPORT

Gürcüstanın xokkey üzrə yığma komandası Qış Olimpiya Oyunlarının ikinci təsnifat mərhələsində Hollandiya komandasına qarşı oynayıb və 2:8 hesabı ilə uduzub. Gürcüstan millisindən qolları Aleksandr Kireev və Vitali Dziov vurub.

Təsnifat turnirinin görüşləri Hollandiyanın Tilbuq şəhərində keçirilir. Gürcüstan millisi dekabrın 16-da İspaniya, 17-də isə Tailandla qarşılaşacaq.

Təsnifst mərhələsində cəmi 12 qrup var. Gürcüstan millisi üç qrupdan ibarət mübarizəyə ikinci dövrədən başlayıb. Üçüncü raunda birinci yerləri tutanlar çıxacaq, onların gizli səsvermə nəticəsində G (Macarıstan, Litva, Yaponiya), H (Böyük Britaniya, Rumıniya, Çin) və ya J (Cənubi Koreya, Polşa, Ukrayna) qrupuna düşmə ehtimalları var və onlar final seçmə mərhələsinə keçmək üçün mübarizəni davam etdirəcək.

2026-cı il Qış Olimpiya Oyunlarına İtaliyanın Milan şəhəri ev sahibliyi edəcək.

Gürcüstan yığmasının tərkibi:

Qapıçılar: Mixail Popanov, İvane Starostin.

Müdafiəçilər: Aleksandr Kireev, Dmitri Ermoşenko, Artyom Kurbatov, Vitali Dumbadze, İvan Marov, Davit Minasyan, Vyaçeslav Potaşeviç.

Hücumçular: Vitali Dziov, Semyon Xarizov, Aleksandr Jujunaşvili, Andrey Romanov, Nikita Bukia, Aleksandr Vasilçenko, Boris Koçkin, Oliver Obolqoqyan, İvan Şvetsov, Artyom Kaziulin, Mixeil Davitaşvili, İvan Karelin, Aleksandre Belomoin.