Buknari kəndində, bugün cümə namazı qılındı

Buknari kəndində, bugün müsəlmanların ənənəvi cümə namazı qılındı.

Namazda Gürcüstan müsəlmanlarının müftisi Adam Şantadze də iştirak edirdi.

Cümə namazında yerli müsalmanlarla bərabər digər regionlardan gedən müsəlman icmasının nümayəndələri də iştirak etdilər.

Dini ritual sakit mühitdə keçirildi. Prosesi hüquqmühafizəçilər və qeyri-hökümət təşkilatlarının nümayəndələri də izləyirdilər.

Namazdan sonra müfti bütün dindarları sülhə, bərabərliyə və anlayışlı olmağa çağırdı.

“Sulxan-Sabanın “Güc birlikdədir” hekayəsində olduğu kimi, bütün vətəndaşlar bərabər olsaq, güclü olarıq. Allah buyurur ki, bir-birimizə qayğı göstərək və hörmət edək və bir-birimizi qınamayaq” – dedi müfti Adam Şantadze.