Bugündən etibarən, sabiq Gürcüstan vətəndaşlarının, vətəndaşlıqlarının bərpa edilməsi üçün Servislərin İnkişaf Agentliyinə müraciət etmək imkanları var
“Vətəndaşlıq haqqında qanunda” dəyişikliklər qüvvəyə mindi, hansılarını nəzərə alaraq, Gürcüstanın sabiq vətəndaşları bugündən etibarən, vətəndaşlıqlarının bərpası üçün servislərin inkişaf agentliyinə müraciət edə bilərlər.
Parlament Gürcüstan vətəndaşlığı ilə bağlı dəyişiklikləri yaz sesiyasında üçüncü oxunuşla təsdiqlədi. Təşəbbüsün hazırlanmasını isə, Gürcüstan konstitusiyasına daxil edilən dəyişikliklər şərtləndirdi, hansılarına əsasən, ikili vətəndaşlığa icazə verilir.
Qanuna əsasən, şəxsin vətəndaşlığı bərpa edilə bilər, əgər o növbəti tələbləri qane edərsə: Gürcüstanın dövlət dilini müəyyən dərəcədə bilməlidir və hüquqmühafizə orqanları tərəfindən axtarışda olmamalıdır.
Həmçinin, qanuna müvafiq olaraq, şəxsin vətəndaşlığının bərpa edildiyi halda, Gürcüstan vətəndaşlığı onun az yaşlı uşağına da verilir.