Bugün Gürcüstan elita ölkələrinin klubundadır, harada biznes ən komfortlu şəraitdə yaradılır
Bugün Gürcüstan elita ölkələrinin klubundadır, harada biznes ən komfortlu şəraitdə yaradılır

“Dünya bankının 2018-ci ilinin Doing Business reytinqində, hansı ki, 190 ölkənin reytinqini göstərir, Gürcüstan 16-cı yerdən 9-ya keçib. Bu bizim biznes mühitimiz və investisiya iqlimimiz üçün çox yaxşı əlamətdir”, – Bu barədə bəyanatı İqtisadiyyat Naziri Giorgi Qaxaria bugün keçirilən mətbuat konfransında verdi.

Giorgi Qaxarianın qeyd etdiyinə görə, bugün Gürcüstan elit ölkələrinin klubundadır, hansılarında ki, biznes ən komfortlu şəraitdə yaradılır.

“Bizim irəliləyişimizin əsas meyarları ölkədə biznesin başladılması və əlverişli vergi standartlarıdır. Biz yaxşı başa düşürük ki, özəl sektor  və biznes bizim iqtisadiyyatımızın əsas drayveridir və iqtisadiyyatımızın 5 faiz ilə artan hissəsi məhz bu şirkətlərin çalışmalarının nəticəsidir. Dünya reytinqlərində irəliləyiş isə, birgə çalışmamız üçün sevindirici faktordur” – dedi Qaxaria.