Bugün Avro-2024-ün final mərhələsinin püşkatma mərasimi keçiriləcək - Gürcüstanın birinci kanalında canlı reportaj #1TVSPORT
Bugün Avro-2024-ün final mərhələsinin püşkatma mərasimi keçiriləcək - Gürcüstanın birinci kanalında canlı reportaj #1TVSPORT

Bugün, dekabrın 2-də Hamburqda Avro-2024-ün final turnirinin püşkatma mərasimi keçiriləcək. Mərasim Tbilisi vaxtı ilə saat 21:00-da başlayacaq və onu Birinci Kanalda canlı izləyə biləcəksiniz.

Təsnifat turnirindən sonra final mərhələsinin 21 iştirakçısı müəyyənləşib. Qalan üç finalçı 2024-cü ilin martında Millətlər Liqasının pley-off mərhələsindən sonra müəyyənləşəcək – yarımfinallar martın 21-də, finallar isə martın 26-da keçiriləcək.

O vaxta qədər, püşkatmadan əvvəl səbətlərin tərkibi məlumdur:

I səbət: Almaniya, Portuqaliya, Fransa, Belçika, İspaniya, İngiltərə.

II Səbət: Macarıstan, Türkiyə, Danimarka, Albaniya, Rumıniya, Avstriya.

III səbət: Hollandiya, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya.

IV səbət: İtaliya, Serbiya, İsveçrə, pley-off (A liqası), pley-off (B liqası), pley-off (C liqası).

Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək.