Cari ildə, Tbilisiyə yüz yeni avtobus gətiriləcək.
Bu barədə bəyanatı Tbilisinin meri paytaxt hökümətinin iclasında verdi.
Kaxa Kaladzenin bəyanatına görə, bunun üçün büdcədən maliyyə ayrılıb.
“Şəhərə Avropa standartlarına müvafiq olan yeni avtobusların gətirilməsi zəruridir. Sarı avtobuslar artıq işə yaramaz vəziyyətdədirlər. Dörd il ərzində, bugün mövcud olan avtoparkı tamamilə dəyişdirəcəyik və 700 yeni avtobus gətirəcəyik. Büdcəmizə görə, bu il 100 yeni avtobus gətirə bilirik” – dedi Kaladze.
Kaladzenin dediyinə görə, yeni avtobusların paytaxtda ekologiya problemlərinin həllinə az da olsa təsiri olacaq.