Bu il 24 məhkum vahid milli imtahanlarda və ümumi maqistratura imtahanında iştirak edir
Bu il , penitensiar müəssisələrdən vahid milli imtahanlarda, ümumi maqistratura və tələbələrin qrant müsabiqəsində 24 məhkum iştirak edir.
Penitensiar xidmətdən verilən məlumata əsasən, iyulun 2-də penitensiar müəssisədən vahid milli imtahanların keçirildiyi imtahan mərkəzlərinə məhkumların daşınması prosesi başladılıb.
“Xüsusi Penitensiar Xidmət onların hər birinə uğurlar arzulayır və məhkumların imtahan mərkəzlərinə problemsiz şəkildə daşınmasını təmin edir”-deyə penitensiar xidmətdən bildirilib.