Bu gündən yeni konstitusiya qüvvəyə minəcək
Bu gündən yeni konstitusiya qüvvəyə minəcək

Gürcüstanın sıra ilə beşinci prezidentinin andiçmə mərasimindən sonra yeni konstitusiya qüvvəyə minəcək.

11 fəsil və 78 maddədən ibarət konstitusiya bir tərəfdən, insan hüquqlarının standartlarını, ikinci tərəfdən isə, hakimiyyət şaxələri arasında səlahiyyətləri müəyyənləşdirir.

Parlament tərəfindən təsdiq olunmuş konstitusiyada qeyd olunubdur ki, Gürcüstan sosial-hüquqi dövlətdir ki, hansı da ictimaiyyətdə sosial ədalət qayğısına qalır.

Konstitusiya ilə, hər bir insanın bərabərliyi təmin edilibdir və dərisinin rənginə, cinsinə, milli mənsubiyyətinə, dilinə, dininə, siyası və ya başqa baxışlarına, sosial mənsubiyyətinə, yaşayış yerinə və ya başqa əlamətə görə, ayrıseçkilik qadağan olunubdur.

Yeni konstitusiya ilə nigah definisiyası da müəyyənləşdirilib və deyilir ki, nigah qadın və kişi arasında ailənin yaradılması məqsədi ilə əlaqədir.

Konstitusiyaya edilən düzəlişlərə əsasən, kənd təsərrüfatlı təyinatlı torpaqlar yalnız dövlətin, yerli özünüidarəetmənin və Gürcüstan vətəndaşının mülkiyyətində ola bilər.

94-cu maddə də dəyişdirildi və yazıldı ki, ümum-dövlət vergilərinin yeni formasının tədbiq olunması və ya artırılması, aksizdən başqa, yalnız referendum yolu ilə mümkündür.

Yeni konstitusiyaya əsasən, 2020-ci ilədək majoritar sistemi qüvədə qalacaq. Ölkə proporsional sistemə 2024-cü ildən keçəcək.

Konstitusiya ilə parlamentin yeri də dəyişdirildi. Hakim komanda qərar qəbul etdi ki, 2019-cu ildən qanunvericilik orqanı tamamilə paytaxta qayıtsın.

2023-cü ildən, Gürcüstan prezidenti seçki kollegiyası tərəfindən seçiləcək. Ona qədər, Gürcüstan əhalisi, sıra ilə beşinci prezidenti (bir dəfə olaraq) oktyabrın 28-də seçəcək.

Yeni konstitusiya ilə təhlükəsizlik şurası ləğv olundu və onun əvəvzinə müharibə durumu zamanı – milli müdafiə şurasının yaradılması müəyyənləşdirildi və onun da sədri Gürcüstan prezidenti olacaq.

Bu gün Telavidə Gürcüstanın seçilmiş prezidenti, Salome Zurabişvilinin andiçmə mərasimi keçiriləcək.

Şərh yaz