Bu gündən məktəblərdə tədris prosesi bərpa olunacaq
Bu gündən məktəblərdə tədris prosesi bərpa olunacaq

 

Gürcüstan miqyasında məktəblərdə tədris prosesi bu gündən bərpa olunacaq. Təhsil və Elm Nazirliyindən də verilən məlumata görə, Gürcüstanın bütün dövlət və özəl məktəbləri məktəb binalarında tədris prosesinin yenilənməsinə tam hazırdır.

Nazirlikdən qeyd edirlər ki, qurum valideynlərə distant təhsil formasını seçmək imkanını yenə də verir, risk qrupundan olan müəllimlər isə istədikləri təqdirdə distant rejimdə dərs keçə bilərlər.

” Məktəblərdə şagirdlərin, müəllimlərin və məktəb rəhbərliyinin nümayəndələrinin təhlükəsizliyi və istənilən digər riskləri aradan qaldırmaq üçün Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış bütün tövsiyyələrə ciddi şəkildə əməl olunacaq. Kovid virusun aşkar edildiyi təqdirdə nöqtəvi məhdudiyyətlər davam etdiriləcək. Davamiyyət halında I-XII sinif də daxil olmaqla şagirdlər maska taxmalı olacaq və dövlət isə yenidən müəllimlər üçün məcburi testləşməni təmin edəcək” – deyə Təhsil Nazirliyindən bildirilib.

Bununla yanaşı, nazirlikdən qeyd edirlər ki, hazırkı mərhələdə müəllim və məktəb administrasiyasının nümayəndələrinin 73 faizi peyvənd olunub.

“Ölkə miqyasında dövlət məktəbləri nazirlik tərəfindən ilin sonuna qədər yetəcək şəkildə gigiyenik vasitələrlə təchiz olunub.Konkret olaraq, nazirliyin Təhsil və Elm İnfrastrukturunun İnkişafı Agentliyinin təşkilatçılığı ilə ümumtəhsil müəssisələri müvafiq dezinfeksiyaedici məhlullar, maskalar, termoskrininq cihazları və dezobaryerlər ilə təmin edilib. Tbilisi və regionlardakı şagirdlər yenə də nəqliyyatla təmin olunacaqlar”- deyə Təhsil və Elm Nazirliyindən bildiriblər.

Qurumdan qeyd edirlər ki, şagirdlər üçün çox əhəmiyyətli, beynəlxalq səviyyədə tanınan “Teleməktəb” layihəsi yenə də fəaliyyət göstərəcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, təhlükəsizlik məqsədi ilə məktəb rəhbərliyi məktəbdə tədris prosesinin təşkili və sanitar-gigiyena normaları barədə valideynlərə intensiv məlumat verəcək.

“Nazirlik məktəblərdə sistemli monitorinqi yenə də davam etdirəcək”, – deyə Təhsil və Elm Nazirliyindən bildirilib.