Bu gün Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin görüşü keçiriləcək
Bu gün Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin görüşü keçiriləcək

 

Bu gün Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin görüşü keçiriləcək. Bu, Astana formatında sayca 7-ci üçtərəfli görüşü olacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan artıq İranın paytaxtındadır. Türkiyə prezident administrasiyasının yazdığı üzrə, sammit çərçivəsində Rusiya və Türkiyə prezidentlərinin ayrıca görüşü də nəzərdə tutulub.

“Reuters” agentliyinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimer Putin Ukrayna limanlarından taxıl ixracının bərpası barədə danışacaq, həmçinin Suriya məsələsini müzakirə edəcəklər. Mətbuatın da qeyd etdiyi üzrə, Türkiyə Suriyada Moskvanın qarşı çıxdığı yeni hərbi əməliyyata başlamağı planlaşdırır.