Bu gün tamamilə çəkinmədən deyə bilərik ki, Gürcüstan Avropa ilə bu qədər yaxın heç bir zaman olmayıb
Bu gün tamamilə çəkinmədən deyə bilərik ki, Gürcüstan Avropa ilə bu qədər yaxın heç bir zaman olmayıb

Əminəm ki, birlikdə bərabər durmaqla, sarsılmaz gürcü ruhu və bizim Avropalı dostlarımızın dəstəyi ilə, mütləq o gün gələcək ki, vahid, güclü və sülhpərvər Gürcüstan Avropa İttifaqının tamhüquqlu üzvü olacaq, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze Avropa Günləri çərçivəsində keçirilən tədbirdə nitqlə çıxış edərkən bəyan etdi. Hökumət başçısı qeyd etdi ki, Avropa gürcü xalqının seçimidir və Gürcüstan Avropa ailəsinin tamhüquqlu üzvü olmalıdır.

Mamuka Baxtadze Avropa İttifaqının maliyyə və texniki dəstəyinin əhəmiyyətini xüsusi ilə qeyd etdi.

“Düşünürəm, bu günki gün onun açıq nümunəsidir ki, biz yeganə düzgün yolda dururuq. Həmin yol mütlət tərəqqiyə doğru aparıb çıxaracaq. Vacibdir ki, vətəndaşlarımız hərgünlük bu yaxşığıqları və tərəqqini hiss etsinlər”, – Mamuka Baxtadze bəyan etdi.

Avropa Günləri çərçivəsində Riğe Parkına toplaşanlara Gürcüstan prezidenti Salome Zurabişvili, Avropa İttifaqının nümayəndəliyinin rəhbəri Karl Hartsel və Tbilisi meri Kaxa Kaladze nitqlə müraciət etdilər.

Gürcüstanda artıq ənənəyə çevrilmiş Avropa Günləri, bu gün rəsmi olaraq açılacaq və mayın sonuna kimi davam edəcək. Gürcüstanda Avropa Günləri artıq yeddinci dəfə qeyd olunur.