Bu gün saat 19:00-da Avroviziya Uşaq Mahnı Müsabiqəsi- Gürcüstana səs ver
Bu gün saat 19:00-da Avroviziya Uşaq Mahnı Müsabiqəsi- Gürcüstana səs ver

 

Bu gün, dekabrın 11-də Tbilisi vaxtı ilə saat 19:00-da Yerevanda Avroviziya Uşaq Mahnı Müsabiqəsi keçiriləcək.

Ənənəvi olaraq, İctimai Yayımçı Avroviziya Uşaq Mahnı Müsabiqəsinin birbaşa translasiyasını təqdim edəcək.

Gürcüstanı Avroviziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstanın Birinci Kanalının “Ranina” layihəsinin beşinci mövsümünün qalibi Mariam Biqvava “I Believe/inanıram” mahnısı ilə təmsil edəcək.

Gürcüstanın müsabiqə mahnısı Qiqa Kuxianidzeyə məxsusdur, mətn üzərində Beni Kadaqidze və İru Xeçanov işləyiblər, klipin rejissoru Zaza Oraşvili, rəssamı Şako Popiaşvili, dizayneri İza Nadareişvilidir.

Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün onlayn səsvermə davam edir və Gürcüstandan və dünyanın istənilən yerindən Mariam Biqvavaya səs verə bilərsiniz.

Səsvermə dekabrın 11-də saat 19:00-da Avroviziya Uşaq Mahnı Müsabiqəsinin şousu başlayarkən dayanacaq.

Bütün müsabiqəçilər tamaşaçılar qarşısına çıxdıqdan sonra səsvermə bərpa ediləcək. Bu zaman artıq ikinci dəfə Mariam Biqvavaya səs verə bilərik. Səsvermə sadəcə 15 dəqiqə davam edəcək.

Dördüncü dəfə Avroviziya Mahnı Müsabiqəsində qalib gəlmək üçün Gürcüstana birlikdə azarkeşlik edək.