Bu gün müxalifətin aksiya keçirməyi planlaşdırdığı Rustavinin 12 saylı müəssisəsi qarşısında səs-küy yaşanıb

Bu gün müxalifətin aksiya keçirməyi planlaşdırdığı Rustavinin 12 saylı müəssisəsi qarşısında bir az bundan əvvəl səs-küy yaşanıb.

Aksiyanın təşkilatçıları ilə polislər arasında mübahisə yaranıb.

Polis aksiyanın təşkilatçılarına həbsxana qarşısında səhnə quraşdırmağa icazə verməyib.

Kvemo Kartli Polis İdarəsinin rəisinin də izah etdiyi kimi, həbsxananın təhlükəsizliyindən dolayı müəssisənin qarşısında bunu etmək hüququ verə bilməzdilər və əvvəlki günlərdə aksiyanın keçirildiyi konkret olaraq Rustavi-Qardabani yolunda alternativ yer təklif ediblər.

İlk əvvəl təşkilatçılar polislərə tabe olmayıblar, bunun nəticəsində də polis onların ləvazimatlarının bir hissəsini götürüb.
“Milli Hərəkat”-ın üzvləri Davit Kirkitadze və Levan Xabeişvili hadisə yerinə gediblər və son olaraq, təkliflə razılaşıblar.