Bu gün Kote Maxaradzenin doğum günüdür #1TVSPORT
Bu gün Kote Maxaradzenin doğum günüdür #1TVSPORT

 

Bu gün əfsanəvi gürcü idman şərhçisi, teatr və kino aktyoru, Gürcüstanın xalq artisti, Şota Rustaveli mükafatı laureatı Kote Maxaradzenin doğum günüdür.

Teatrdakı fəaliyyəti ilə yanaşı, həyatının sonuna kimi idman onun yaradıcılığının ayrılmaz hissəsi olub. Eyni zamanda, o, özü də aktiv idmançı idi- Gürcüstanın gənclərdən ibarət basketbol komandasının kapitanı idi, Tbilisinin “Dinamo”sunda oynayırdı, 1945-ci ildə Sovet İttifaqı kubokunun qalibi oldu.

1957-ci ildə radio və televiziyada idman şərhçisi kimi fəaliyyətə başladı. O, 40 il ərzində reportajlar hazırlayıb. O, Tbilisinin “Dinamo” futbol komandasının iki tarixi oyununun şərhçisi olub – 1964-cü ildə (Erosi Mancqaladze ilə birlikdə) “Dinamo” Daşkənddə keçirilən “Qızıl matç”da Sovet İttifaqı çempionu oldu, 1981-ci ildə isə UEFA Kubok qalibləri kubokunu qazandı.

Əfsanəvi şərhçi Tbilisinin Didube Yazıçılar və İctimai Xadimlər Panteonunda dəfn edilib.