Bu gün gürcü Pravoslav Kilsəsinin avtokefaliyasının bərpası günü qeyd olunur
Bu gün gürcü Pravoslav Kilsəsinin avtokefaliyasının bərpası günü qeyd olunur

Gürcü Pravoslav Kilsəsi martın 25-də avtokefaliyanın bərpası gününü qeyd edir.

Qeyd olunan tarixlə əlaqədar, Bütün Gürcüstanın Katolikos-Patriarxı, Pak və Müqəddəs İkinci İliya, Sioni Kafedral Məbədində bayram ibadət dua mərasimini icra edəcək.

Gürcü Pravoslav Kilsəsi avtokefaliyanı, Antakiya Kilsəsindən 457-ci ildə aldı. Rusiya İmperiyası isə, Gürcüstan Pravoslav Kilsəsinin avrtokefaliyasını 1811-ci ildə ləğv etdi.

Gürcü Kilsəsi avtokefaliyanı 1917-ci il, martın 25-də bərpa etdi. Onun müstəqilliyini bütün Pravoslav Kilsələri tanıdılar. Rusiya Kilsəsi Gürcü Kilsəsinin avtokefaliyasını yalnız 1943-cü ildə tanıdı.

Gürcüstan Kilsəsi avtokefaliyanın bərpasının 100 illiyini keçən il geniş miqyaslı qeyd etdi.