Bu gün aşkarlanmış koronavirusa 6 yoluxma halından biri Jvania Klinikasının əməkdaşıdır
Tbilisidə,Jvania adına Pediatrik Klinikanın əməkdaşının koronavirusa yoluxması təsdiqlənib.
Gürcüstanın Birinci Kanalına müəssisənin kliniki direktorunun,Manana Jvanianın bildirdiyi üzrə, yoluxmuş 68 yaşlı kişi klinikanın administrasiyasında işləyir.
Onun verdiyi məlumata görə,kişi özünü iyunun 9-da halsız hiss edib, bundan sonra test aparılıb,lakin cavab mənfi çıxıb.Daha sonra onu, Respublika xəstəxanasına yerləşdiriblər və burda təkrar test nəticəsində onun Covid 19-a yoluxması müəyyən olunub.
Jvanianın sözlərinə görə,yoluxma faktı aşkarlanan kimi,yoluxmuş şəxslə kontaktda olan klinikanın 12 əməkdaşı özünü təcrid edib.Onların hamısı administrasiyada işləyir.Jvania,yoluxmuş şəxsin medpersonal və pasiyentlərlə kontaktının olmamasını bildirib.Müvafiq olaraq,XNMM-i ilə konsultasiyalar nəticəsində ,həkimlərin təcrid olunması zərurətinin olmamasına dair qərar verildi.
Onun sözlərinə görə,yoluxmuş şəxsin vəziyyəti diqqətəlayiqdir.Jvania ,yoluxma mənbəyinin onun üçün naməlum olduğunu bildirib.
Hazırladı-Sevinc Mustafayeva