Bu gecə Tbilisidə yağış və dağ kurortlarında qar yağışı gözlənir

Sinoptiklərin proqnozuna görə, bu gecə Tbilisidə yağış və dağ kurortlarında qar yağışı gözlənir. Ancaq mütəxəssislərin proqnozlarına görə, Bakuriani və Qudauridə qar yanvarın 8-dən 15-nə qədər gözlənilir.

“Hazırda Bakurianidə yağan qarın qalınlığı 24 sm-dır, Qudauridə isə, 24 sm. Daha böyük qar yağışı isə, yanvarın 8-dən 15-nə qədər gözlənilir. Qudauridə hava temperaturu gecə saatlarında -13, -15 dərəcə, Bakurianidə isə, -10, -11 dərəcə olacaq, gündüz saatlarında isə, hər iki kurortda hava dərəcəsi -3, -5 olacaq” – dedi Ətraf Mühitin Qorunmasının Milli Agentliyinin hidro-meteoroloji proqnozlar mərkəzinin rəhbəri Svetlana Nioradze.