Britaniyanın Xarici Kəşfiyyatının rəhbəri - ruslar insan resursu və material tapmaqda çətinlik çəkəcəklər, fasilə verməli olacaqlar, bu da ukraynalılara cavab zərbələri endirmək imkanı verəcək
Rusiyanın son dövrlərdəki nailiyyətləri azdır və Moskvanın “buxarı tükənir”-bu barədə Britaniyanın Xarici Kəşfiyyatının rəhbəri Riçard Mur bildirib .
Mİ 6-nın rəhbəri, Rusiyanın konkret olaraq Ukrayna prezidentini devirmək, Kiyevi ələ keçirmək və Qərbdə nifaq salmaq kimi ilkin məqsədlərində “epik uğursuzluq” yaşadığını bildirir. Riçard Mur Rusiyanın Ukraynaya təcavüzünü “İkinci Dünya Müharibəsindən sonra ilk dəfə Avropada ən dəhşətli real təcavüz aktı” adlandırıb.
“Hesablamalarımıza görə, ruslar qarşıdakı bir neçə həftə ərzində insan resursu və material tapmaqda getdikcə daha da çətinlik çəkəcəklər. Bir şəkildə fasilə verməli olacaqlar və bu, ukraynalılara cavab zərbələri endirmək imkanı verəcək” -deyə Riçard Mur bildirib.