Britaniya vətəndaşının Ukraynada rusyönümlü separatçıların əsirliyində olarkən dünyasını dəyişməsi ilə əlaqədar Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb
Britaniya vətəndaşının Ukraynada rusyönümlü separatçıların əsirliyində olarkən dünyasını dəyişməsi ilə əlaqədar Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb

 
Britaniya vətəndaşının Ukraynada rusyönümlü separatçıların əsirliyində olarkən dünyasını dəyişməsi ilə əlaqədar Rusiya səfiri Andrey Kelin Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə “BBC” məlumat yayır.

Xarici işlər naziri Liz Tras açıqlamasında bu xəbərdən şoka düşdüyünü bildirir.

“Rusiya bunun üçün tam məsuliyyət daşımalıdır” -deyə Liz Trasın açıqlamasında deyilir.

45 yaşlı Pol Urey aprel ayında Zaporojie şəhəri yaxınlığında saxlanılıb. O, dırnaq arası Donetsk Xalq Respublikasında hərbi əməliyyatlarda muzdlu kimi iştirak etməkdə ittiham olunub. Onunla birlikdə başqa bir britaniyalı Dilan Hill də saxlanılıb. BBC-nin məlumatına görə, humanitar missiyanın könüllüləri ailəni döyüş bölgəsindən çıxarmaq istəyərkən həbs ediliblər.

Qondarma Donetsk Xalq Respublikasının separatçı hakimiyyəti britaniyalının iyulun 10-da səhhətində yaranan problemlər və stresdən əsirlikdə öldüyünü bildirib.

Mərhumun anası oğlunun şəkər xəstəliyindən əziyyət çəkdiyini və insulinə ehtiyac duyduğunu bildirir.