Britaniya Səfirliyi - "Çevik Ruh 2021" təlimində iştirak Birləşmiş Krallıq tərəfindən Gürcüstanın NATO-ya üzvlük yoluna və bölgədə təhlükəsizliyin qorunub saxlanılmasına dəstəyinin daha bir sübutudur

 

“Çevik Ruh 2021 “çoxmillətli hərbi təlimdə iştirak Böyük Britaniyanın Gürcüstanın NATO-ya üzvlüyü və bölgədə təhlükəsizliyin qorunması üçün güclü və uzunmüddətli dəstəyinin sübutudur , -bu barədə Britaniyanın Gürcüstandakı səfirliyinin feysbuk səhifəsində yayılan məlumatda qeyd olunub .

Səfirlikdən verilən məlumata görə, Britaniya kontingenti təlimdə ixtisaslaşdırılmış piyada briqadası kimi təmsil olunur.

Birləşmiş Krallıq , Gürcüstan Silahlı Qüvvələrinin ev sahibliyi etdiyi “Çevik Ruh 2021” çoxmillətli hərbi təlimdə iştirak etməkdən məmnunluq duyur. Təlimdə NATO-nun 15 tərəfdaş və üzv ölkəsindən 4000 hərbi xidmətçi iştirak edir.

Britaniya kontingenti ixtisaslaşdırılmış piyada briqadası kimi təmsil olunur. Onlar gürcü , amerikalı, rumın və polşalı hərbçiləri ilə təlimlər keçirəcəklər.

Təlimlər dövlətlərə müxtəlif real vəziyyətlərdə hazırlığı və qarşılıqlı əlaqəni sınamağa imkan verəcək. Təlimdə iştirak etmək Birləşmiş Krallıq tərəfindən Gürcüstanın NATO-ya üzvlük yolunda və eləcə də, bölgədə təhlükəsizliyin qorunub saxlanılmasına dəstəyinin daha bir sübutudur .