Britaniya kəşfiyyatı - Rusiya kiçik və orta rütbəli zabitlər baxımından məhvedici itkilər verir
Britaniya kəşfiyyatı - Rusiya kiçik və orta rütbəli zabitlər baxımından məhvedici itkilər verir

 

Britaniya hərbi kəşfiyyatının məlumatına görə, Rusiya kiçik və orta rütbəli zabitlər baxımından məhvedici itkilər verir. Bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi Ukraynadakı vəziyyətlə bağlı gündəlik hesabatında yazır.

“Müharibənin gedişatı boyunca Rusiya böyük ehtimalla kiçik və orta rütbəli zabitlər baxımından məhvedici itkilərə məruz qalıb.
Kiçik zabitlər ən aşağı səviyyəli taktiki əməliyyatlar keçirməli olurdular, çünki Rusiya ordusu Qərb qoşunlarında bu rolu oynayan yüksək ixtisaslı və müvafiq hüquqlu zabit çatışmazlığı yaşayır”-deyə hesabatda deyilir.

Bununla yanaşı, kəşfiyyat məlumatlarına əsasən, gənc nəslin peşəkar zabitlərinin əhəmiyyətli hissəsinin itirilməsi komandanlıq və idarəetmənin modernləşdirilməsi baxımından Rusiya ordusunun cari problemlərini daha da pisləşdirə bilər. Onların məlumatına görə, Ukraynada sağ qalan bölmələrdən formalaşan batalyonun taktiki qrupları komandirlərin olmaması səbəbindən çox güman ki, az təsirli olacaq.

“Ukraynada Rusiya qüvvələri arasında lokallaşdırılmış üsyanlarla bağlı çoxsaylı etibarlı məlumatları nəzərə alsaq, təcrübəli və etibarlı taqım və yüzlük komandirlərinin olmaması, çox güman ki, motivasiyanı daha da zəiflədəcək və hazırkı aşağı səviyyəli nizam-intizam qorunub saxlanacaq” –deyə Britaniyanın Müdafiə Nazirliyinin hesabatında deyilir.