Braziliyanın Prezidenti - "HƏMAS" terror aktı törədirsə, İsrail də həmçinin terror aktı törədir, çünki uşaq və qadınların döyüşmədiyini nəzərə almır
Braziliyanın Prezidenti - "HƏMAS" terror aktı törədirsə, İsrail də həmçinin terror aktı törədir, çünki uşaq və qadınların döyüşmədiyini nəzərə almır

“HƏMAS” terror aktı törədibsə və etdiyini edibsə, İsrail dövləti də həmçinin bir neçə terror aktı törədir, çünki uşaqların və qadınların döyüşmədiyini nəzərə almır -bu barədə Braziliyanın Prezidenti Luis İnasio Lula da Silva açıqlayıb.

“Mən heç vaxt günahsız insanlara qarşı bu qədər qəddar, qeyri-insani zorakılıq görməmişəm” – Braziliyanın Prezidenti deyib.

Braziliyanın yəhudi icmasının nümayəndələri bu bəyanatları “yanlış”, “ədalətsiz”, “təhlükəli” adlandıraraq pisləyib və bunun “İsraillə “HƏMAS”ı eyni səviyyəyə qoyduğunu” qeyd ediblər.

Braziliya hökuməti 32 ölkə vətəndaşını Qəzza sektorundan çıxarıb və onlar artıq ölkəyə gətiriliblər.