Böyük Yeddiliyin liderləri Rusiya tərəfindən Ukraynanın Kremençuk ticarət mərkəzinə endirilən raket hücumu ilə əlaqədar birgə bəyanat yayırlar
Almaniyada sammitdə iştirak edən Böyük Yeddiliyin liderləri Rusiya tərəfindən Ukraynanın Kremençuk ticarət mərkəzinə endirilən raket hücumu ilə əlaqədar birgə bəyanat yayırlar.
“Biz bu qəddar hücumun günahsız qurbanlarının yasının saxlanılmasında Ukraynanın yanındayıq. Günahsız mülki şəxslərə qarşı ayrıseçkilik etmədən hücumlar müharibə cinayətidir” – deyə bəyanatda qeyd olunub.
G7-nin liderləri Rusiya prezidenti Vladimer Putinin və digər cinayətkar şəxslərin məsuliyyət daşıdığını bildirirlər.
Bununla yanaşı, Böyük Yeddilik ölkələrinin liderləri Rusiyanın təcavüzü və Ukraynada 124 gündür davam edən əsassız müharibə qarşısında Ukraynaya dəstəyi bir daha təsdiqləyir və ölkəyə lazım gəldiyi qədər maliyyə, humanitar və hərbi dəstək göstərməyə davam edəcəklərinə söz verirlər.
Son məlumatlara görə, Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərində ticarət mərkəzinə endirilən raket hücumu nəticəsində 13 nəfər həlak olub, 56 nəfər isə xəsarət alıb.