"Böyük Yeddilik" ölkələri Çini Ukraynada müharibəyə son qoyması üçün Rusiyaya təzyiq göstərməyə çağırırlar
"Böyük Yeddilik" ölkələri Çini Ukraynada müharibəyə son qoyması üçün Rusiyaya təzyiq göstərməyə çağırırlar

 

“Böyük Yeddilik” ölkələri Çini Ukraynada müharibəyə son qoyması üçün Rusiyaya təzyiq göstərməyə çağırırlar.

Bu barədə G7-nin birgə kommünikesində deyilir.

“Rusiya Ukraynaya qarşı əsassız, təhriksiz və qeyri-qanuni müharibə apardığı üçün biz Çini, Beynəlxalq Məhkəmənin 2022-ci ilin 16 mart tarixli hüquqi baxımdan məcburi əmrini dərhal yerinə yetirmək, BMT Baş Assambleyasının qətnamələrinə əməl etmək , hərbi təcavüzü dayandırmaq və qoşunları Ukraynadan qeyd-şərtsiz çıxarmaq üçün Rusiyaya təzyiq göstərməyə çağırırıq”-deyə kommünikedə deyilir.

Bununla yanaşı, “Böyük Yeddilik” ölkələri qlobal çağırışlar istiqamətində Çinlə əməkdaşlığın zəruriliyini vurğulayıblar və Çini beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə və beynəlxalq təhlükəsizliyə töhfə verməyə çağırıblar.

“Biz Çini mübahisələrin sülh yolu ilə həlli haqqında BMT Nizamnaməsinin prinsipinə əməl etməyə və təhdid, məcburiyyət, hədə-qorxu və güc tətbiqindən çəkinməyə çağırırıq” – deyə kommünikedə deyilir.