Böyük miqdarda saxta pulun işə salınması faktı ilə bağlı iki xarici ölkə vətəndaşı həbs edilib
Gürcüstanın Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları böyük miqdarda saxta pulun işə salınması faktı ilə bağlı iki xarici ölkə vətəndaşını həbs etdilər.
İstintaq xidmətinin məlumatına görə, həbs edilən şəxslər Gürcüstana 20 dənə 500 avroluq saxta kupyura gədirdilər və onları Kvemo-Kartli regionunda işə salmağa çalışdılar.
İstintaq nəticəsində, həbs edilənlərin evindən 10 000 avronun saxta kupyuraları aşkarlandı.
İstintaq cinayət məcəlləsinin 212-ci maddəsinin ikinci hissəsi ilə aparılır, hansı ki, 7-dən 10 ilə qədər həbs cəzasını nəzərdə tutur.