Böyük Britaniyanın xarici işlər naziri İsrailə səfər edib
Böyük Britaniyanın xarici işlər naziri İsrailə səfər edib

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İsrailə səfər edib.

Məlumatı “Reuters” yayır.

“Xarici işlər naziri bu gün “HƏMAS”ın terror hücumlarından sonra Böyük Britaniyanın İsrail xalqı ilə qəti həmrəyliyini ifadə etmək üçün İsrailə səfər edib” – Xarici İşlər Nazirliyinin nümayəndəsi açıqlayıb.

“Reuters”in yazdığı kimi, Böyük Britaniya Qərb müttəfiqləri ilə birlikdə İsrailə güclü dəstək ifadə edib və “HƏMAS”ın hücumlarını pisləyib.

Bundan əvvəl “BBC” İsraildə Böyük Britaniyanın 17 vətəndaşının öldürüldüyünü bildirmişdi.