Böyük Britaniyada ötən 24 saat ərzində Covid 19-dan 359 nəfər vəfat edib
Böyük Britaniyada ötən 24 saat ərzində Covid 19-dan 359 nəfər vəfat edib.Cəmdə virusun yayılmasından bu günədək Britaniyada Covid 19-dan 39 748 nəfər dünyasını dəyişib.Bu barədə məlumatı Guardian nəşri Britaniyanın Səhiyyə Departamentinə istinadən yayır.
Britaniya ölüm hallarının sayına görə Avropada birinci yerdədir, dünyada isə Amerika Birləşmiş Ştatlarından sonra ikinci yeri tutur.
Ölkədə virusun yayılmasından bu günədək Covid 19-a 279 393 yoluxma halı qeydə alınıb.
Hazırladı-Sevinc Mustafayeva