Böyük Britaniyada qatar maşinistləri tətil elan ediblər
Böyük Britaniyada qatar maşinistləri tətil elan ediblər

Böyük Britaniyada qatar maşinistlərinin tətili səbəbindən əsas dəmir yolu marşrutlarında fasilələr gözlənilir. Bu barədə “Sky News” yazır.

Maşinistlər maaş problemi ilə bağlı son dörd ayda üçüncü dəfədir ki, tətil elan edirlər.

Medianın yazdığı kimi, tətil bir neçə marşrutda, xüsusən də İngiltərənin şərqində və cənub-şərqində xidmətlərin azalmasına səbəb olacaq.

Maşinistlər deyirlər ki, maaşları ilə bağlı hələ də razılıq əldə olunmadığına görə məyusdurlar.