Böyük Britaniya Baş nazirinin administrasiyası Britaniyanın Ukraynaya 10 özüyeriyən artilleriya qurğusu və döyüş sursatı verəcəyinə dair məlumat yayır
Böyük Britaniya Baş nazirinin administrasiyası Britaniyanın Ukraynaya 10 özüyeriyən artilleriya qurğusu və döyüş sursatı verəcəyinə dair məlumat yayır

 

Boris Conson Britaniyanın Ukraynaya 10 özüyeriyən artilleriya qurğusu və döyüş sursatı verəcəyini bildirib.

Bu barədə Britaniya baş nazirinin administrasiyası məlumat yayır.

Onlar açıqlamalarında Boris Consonun Volodimir Zelenski ilə “Böyük Yeddilik” və NATO sammitlərində keçirilən diskussiyalar barədə danışdığını bildiriblər.

“Baş nazir bütün dünyanın Ukraynanın yanında olduğunu və prezident Zelenskinin döyüşçülərinin Putin qüvvələri tərəfindən ələ keçirilən əraziləri geri ala biləcəyinə inandığını bildirib” -deyə bəyanatda deyilir.

Bundan əlavə, liderlər dənli bitkilərin mümkün qədər tez Ukraynadan çıxarılmasının əhəmiyyətini də müzakirə ediblər. Böyük Britaniyanın baş nazirinin sözlərinə görə, o, bu məsələdə tərəfdaşlar ilə sıx əməkdaşlıq edir və Ukraynaya istənilən şəkildə kömək etməyə hazırdır.