"Borcğalosanilər" Osaka şəhərinin məktəb şagirdləri ilə görüşdülər | Yaponiya 2019

Yaponiyada keçirilən Reqbi üzrə Dünya Kubokunda iştirak edən dəstələr sosiyal fəaliyyətlərdə də iştirak edirlər.

Bu layihə çərçivəsində, bugün “Borcğalosanilər” Osaka şəhərinin məktəblərindən birinə getdilər, harda şagirdlərlə görüşdülər və onlarla müxtəlif oyunlar oynadılar.

Xatırladaq ki, Dünya Kubokunda Gürcüstan dəstəsi oktyabrın 3-də, Ficinin Milli Komandası ilə qarşılaşacaq və qalib olduğu halda, üçüncü yeri avtomatik olaraq alacaq. Bu da deməkdir ki, milli komandamız növbəti dünya kubokuna kvalifikasiya mərhələsini keçmədən düşəcək.

Fici və Gürcüstan arasında matç saat 09:15-da başlayacaq və onun birbaşa reportajını Gürcüstanın Birinci Kanalı təqdim edəcək.