Boris Conson Ukrayna xalqına müraciət etdi - Böyük Britaniyada sizin azadlıq mübarizənizi lazım olduğu müddətcə dəstəkləməyə davam edəcəyimizi bilirəm
Son günlər ərzində mandatı şəxsən yerinə yetirmək üçün bu qədər səy göstərməyimin səbəbi təkcə bunu etmək istədiyim üçün deyil, həm də sizə 2019-cu ildə verdiyimiz sözləri yerinə yetirməyi özümə borc, vəzifə hesab etdiyim üçündür-bu barədə Boris Conson Böyük Britaniyanın baş naziri vəzifəsindən istefa vermək qərarı barədə danışdığı bugünkü brifinqdə bildirib.
Conson kabinetinin nailiyyətləri ilə fəxr etdiyini bildirib.
“Yeni lider seçilənə qədər mən bu gün təyin etdiyim kabinetlə birgə vəzifəmə davam edəcəyəm. 2019-cu ildə bizə səs verən, çoxu ilk dəfə Mühafizəkarlara səs verən milyonlarla insana demək istəyirəm ki, 1987-ci ildən bəri ən böyük Mühafizəkarların çoxluğu, 1979-cu ildən bəri ən böyük səs payı olan bu əlamətdar mandata görə təşəkkür edirəm. Son günlər ərzində mandatı şəxsən yerinə yetirmək üçün bu qədər səy göstərməyimin səbəbi təkcə bunu etmək istədiyim üçün deyil, həm də sizə 2019-cu ildə verdiyimiz sözləri yerinə yetirməyi özümə borc, vəzifə hesab etdiyim üçündür. Əlbətdə, mən bu kabinetin “Brexit”i başa çatdırmaq, bu ölkənin parlamentdə öz qanunlarını yaratmaq səlahiyyətini bərpa etmək, pandemiyanın öhdəsindən gəlmək, Avropada peyvəndin ən sürətli yayılmasını təmin etmək, qapanma rejimindən ən sürətli çıxış və son bir neçə ay ərzində Putinin aqressiyasına qarşı Qərbə rəhbərlik etmək kimi nailiyyətləri ilə fəxr edirəm” – deyə Boris Conson bildirib.
Paralel olaraq, Conson Ukrayna xalqına da müraciət edib.
“İcazənizlə indi Ukrayna xalqına müraciət edim – Böyük Britaniyada sizin azadlıq mübarizənizi lazım olduğu müddətcə dəstəkləməyə davam edəcəyimizi bilirəm” – deyə Boris Conson qeyd edib.