Böyük Britaniyanın baş naziri Boris Conson istefaya göndərilə bilər. Mühafizəkarlar Partiyasından qeyd etdikləri üzrə, Consona etimadsızlığın elan edilməsi ilə bağlı səsvermə bu gün axşam keçirilməlidir.
Xatırladaq ki, məsələ Boris Conson tərəfindən koronavirusa görə elan edilmiş karantin qaydalarının pozulması faktından gedir ki, bu da Britaniya mediasında böyük rezonansa səbəb olmuşdu.
Böyük Britaniyanın hakim partiyasından olan 54 deputat səsvermənin təyin edilməsini dəstəkləyib. Bu barədə Boris Conson da məlumatlandırılıb. Baş Nazirin Ofisindən də bildirildiyi üzrə, Conson səsvermənin təyin edilməsini alqışlayıb, çünki onun sözlərinə görə, bu “demək olar ki, bir aylıq spekulyasiyalara son qoyacaq və hökumətin irəliləyişə nail olmasına imkan verəcək”.
Boris Consonu partiya lideri və müvafiq olaraq, baş nazir postundan uzaqlaşdırmaq üçün 180 mühafizəkar deputatın səsinə ehtiyac var.