Boris Conson Britaniyanın Rusiyaya qarşı sanksiyaları ləğv etməsi üçün Ukrayna və Rusiya arasında atəşkəs razılaşmasının kifayət etməyəcəyini bildirib

 

Böyük Britaniyanın baş naziri Boris Conson Britaniyanın Rusiyaya qarşı sanksiyaları ləğv etməsi üçün Ukrayna və Rusiya arasında atəşkəs razılaşmasının kifayət etməyəcəyini bildirib. Məlumatı “Reuters” agentliyi yayır.

“Baş nazir Britaniyanın Rusiyaya qarşı sanksiyaları ləğv etməsi üçün təkcə atəşkəsin kifayət etməyəcəyini bildirib. Onun sözlərinə görə, Rusiyanın kursunu tam dəyişmək üçün həm hərbi yardımın göstərilməsi, həm də gələcək iqtisadi tədbirlərlə Rusiya prezidenti Vladimir Putinə təzyiq artırılmalıdır” -deyə Britaniya baş nazirinin mətbuat katibi bildirib.