Boris Conson - Böyük Britaniya Rusiya qazının pulunu rublla ödəməyəcək
Böyük Britaniya Rusiya qazının pulunu rublla ödəməyəcək.
BBC-nin məlumatına görə, bu barədə Böyük Britaniyanın baş naziri Boris Consonun ofisində məlumat verilib.
Eyni zamanda, Baş nazirin ofisinin nümayəndəsi qeyd edib ki, Böyük Britaniya Avropa bazarındakı vəziyyəti izləyir.
BBC yazır ki, bundan əvvəl Almaniya və Fransa Rusiya qazının pulunu rublla ödəməkdən imtina ediblər.