Bolnisinin Qeta kəndində yaşayan daha bir nəfərin koronavirusa yoluxması təsdiqlənib
Bolnisinin Qeta kəndində yaşayan daha bir nəfərin koronavirusa yoluxması təsdiqlənib

Bolnisi Munisipalitetindən verilən məlumata əsasən,bu gün axşam alınmış laboratoriya tədqiqatının nəticələrinə görə,Qeta (Aşağı Güləver) kəndindən olan şəxsin koronavirusa yoluxması təsdiqlənib.Bu şəxsi , iki gün bundan əvvəl yoluxmuş yaxını ilə birlikdə klinikaya yerləşdiriblər və məhz burda ondan bioloji nümunə götürülüb.

Bu vaxt üçün Qeta(Aşağı Güləver) kəndi  klasteri ilə təsdiqlənmiş 18 yoluxma halı qeydə alınır.Kənddə mayın 15-dən ciddi karantin rejimi tətbiq olunur.

Epidemioloqlar təsdiqlənmiş halların  kontaktlarının axtarılması istiqamətində işləri davam etdirirlər və bu gün laboratoriyaya tədqiq olunmaq üçün 5 şəxsdən alınmış bioloji nümunə göndərilib.

Sabah Muşevani(Dəllər) kəndində təsdiqlənmiş halların kontaktlarının koronavirus ilə bağlı tədqiq olunması planlaşdırılır.

Bu vaxt üçün munisipalitetdə  koronavirusa  150 yoluxma halı  qeydə alınır. 59-dək insan sağalıb.3 pasiyent dünyasını dəyişib.

85 nəfər özünü təcrid edib,69 nəfər isə karantindədir.

Hazırladı-Sevinc Mustafayeva