Bolnisinin Muşevani kəndində daha 5 nəfərin koronavirusa yoluxması müəyyən olunub
Bolnisinin Muşevani kəndində daha 5 nəfərin koronavirusa yoluxması müəyyən olunub

 

Bolnisidə,Muşevani kəndində 5 nəfərin koronavirusa yoluxması müəyyən olunub.Onların yoluxma mənbəyi məlumdur və onlar bu vaxtadək təsdiqlənmiş halların kontaktlarıdırlar.

Bu gün təsdiqlənmiş 5 yoluxma halını da nəzərə alarsaq,Muşevani kəndi klasteri ilə  təsdiqlənmiş 50 yoluxma halı qeydə alınır.

Bu yaşayış məntəqəsində aprelin 25-dən sonra ciddi karantin rejimi tətbiq olunur.

Laboratoriyaya cəmdə 145 nəfərin tədqiq olunası materialı göndərilmişdi.Onlar arasında 130 bioloji nümunə Muşevani kəndindən götürülmüşdü,15-i isə Bolnisi şəhərindən.

Bu  vaxt üçün Bolnisidə təsdiqlənmiş 156 yoluxma halı qeydə alınır,onlardan 66-sı sağalıb,3-ü isə dünyasını dəyişib.

Bu gün Muşevani kəndində tədqiq olunası materialın götürülməsi prosesi davam etdirilib və 88 nəfərin nümunəsi laboratoriyaya artıq göndərilib.

Hazırladı-Sevinc Mustafayeva