Bolnisinin Akaurta kəndinin yanında avtoqəza nəticəsində bir nəfər həlak oldu
Bolnisinin Akaurta kəndinin yanında avtoqəza nəticəsində bir nəfər həlak oldu

Bolnisinin Akaurta kəndinin yanında avtoqəza nəticəsində bir nəfər həlak oldu, digərləri isə ağır yaralandılar.

Mövcud olan məlumata görə, avtomobilin sürücüsü alkohol təsiri altında idi və avtomobili dirəyə çırpdı.

Qəza nəticəsində avtomobildə olanlar ağır xəsarət aldılar, bir nəfər isə həlak oldu.

Qəza ilə bağlı istintaq aparılır.