Bolnisidə yoxlanılan 98 şəxsdən koronavirus heç birində təsdiqlənmədi
Bolnisidən laboratoriyaya göndərilən 98 nəfərin test nəticəsinə görə, onların heç birində virus təsdiqlənmədi.
Testlər Bolnisi şəhərində və Raçisubani kəndlərindən alındı, harda aprelin 16-dan sonra sərt karantin rejimi qüvvədədir.
Raçisubani kəndində infeksiyanın beş halı qeydə alınmışdı və ən son hal aprelin 21-də qeydə alınmışdı.
Bolnisi şəhərində bugün termoskrinigin növbəti mərhələsi başlayır və iki gün ərzində davam edəcək.
Xatırladaq ki, Bolnisi munisipalitetində bu vaxt üçün 160 hal qeydə alınıb və onlardan 66 nəfəri artıq sağalıb, 3-ü isə, vəfat edib.