Bolnisidə yaşayan ,yetkinlik yaşına çatmayan iki nəfərin koronavirusa yoluxması təsdiqlənib
Bolnisidə yaşayan ,yetkinlik yaşına çatmayan iki nəfərin koronavirusa yoluxması təsdiqlənib

 

 

Bolnisi Munisipalitetində daha iki nəfərin koronavirusa yoluxması təsdiqlənib.Onlar Muşevani(Dəllər) kəndi klasteri ilə əlaqəlidirlər və bu vaxtadək təsdiqlənmiş halların sıx kontaktlarıdırlar.

Koronavirusa yoluxması yeni təsdiqlənənlər yetkinkinlik yaşına çatmayan şəxslərdirlər. Virusa yoluxmuş ailə üzvlərini müalicə etmək məqsədi ilə götürəndə,  onları da Bochorişvili adına Klinikaya yerləşdiriblər.Məhz klinikada onlardan bioloji nümunələr götürülüb və dünən axşam gec saatlarda alınmış laboratoriya tədqiqatının nəticələrinə görə, onların koronavirusa yoluxması müəyyən olunub.

Bu vaxt üçün Muşevani(Dəllər) kəndinin klasteri ilə təsdiqlənmiş  42 yoluxma halı qeydə alınır.

Bolnisi Munisipalitetində 147 yoluxma halı qeydə alınır.Sağalananların sayı da artıb və artıq 56-nı təşkil edir.

 

 

Hazırladı-Sevinc Mustafayeva